İldırımlar kosmosdan bu cür görünür - Əsrarəngiz görüntülər
11 Fevral 2016 18:32 DünyaYerdən qorxaraq izlədiyimiz ildırımlar göydən bu qədər gözəl görünürmüş. Böyük Britaniyadan olan kosmonavt Timoti Piik beynəlxalq kosmik stansiyada yer kürəsində çaxan ildırımları lentə alıb. Buludlar üzərində sanki qızıl kimi bərq vuran şimşəyin görüntüsü yerdə də maraqla qarşılanıb. Əlbəttə, insanlar heç də yerdən baxanda havadakı bütün ildırımları müşahidə edə bilmir. Bu fürsəti əldə edən Tim Piik qısa müddətdə qeydə alınan çoxsaylı və genişmiqyaslı şimşəkləri izləyərkən heyrətləndiyini diqqətə çatdırıb. Cəmi 17 saniyəlik görüntüdə İran, Pakistan, Türkiyə, Rusiya və Afrikanın üzərində qeydə alınan silsilə ildırımlar meteoroloj sistemin nə qədər mürəkkəb olduğunu əyani olaraq göstərib.
Qeyd edək ki, kosmonavtlar tez-tez insanları maraqlandıran fərqli görüntü və məlumatlarla diqqət mərkəzinə düşür. Bu görüntülərin yayımlanmasında məqsəd insanların maariflənməsidir.