Milyonlarla həşarat şəhəri işğal etdi - Sakinlər küçəyə belə çıxa bilmir
11 Fevral 2016 18:28 DünyaMilyonlarla həşərat şəhəri işğal etdi. Qəribə olay Avstraliyanın Uinton şəhərində qeydə alınıb. Bir anda ətrafı bürüyən kəpənəklər görmə məsafəsini də minimuma endirib. Frenk Stendfast adlı sakinin lentə aldığı bu görüntülərdə kəpənəklərin hər tərəfə yayıldığı öz əksini tapır. Saatlarla evdən çölə çıxa bilməyən sakinlər əlaqədar qurumların küçələri həşəratlardan təmizləməsini gözləyib. Avstraliyalılar ilk dəfə deyil ki, həşəratların kütləvi istilasına şahid olur. Hər il ölkənin müxtəlif şəhərlərində oxşar hallar qeydə alınır. Ancaq ilk dəfədir ki, sakinlər bu qədər çox həşəratla eyni küçəni paylaşmalı olur. Əlaqədar qurumlar şəhəri cənginə alan kəpənəklərin hansısa xəstəliyə yol açacağını istisna edir. Hazırda küçələrin həşəratlardan təmizlənməsi prosesi davam edir.