"Whatsapp"-a neçə dəfə daxil olmusan? - Sirlər açılır

"Whatsapp" istifadəçilərinə xəbərimiz var. Dünyanın ən məşhur mesajlaşma sistemi daha bir neçə yenilik tətbiq edib.

"WhatsStats" adlı yeni tətbiq vasitəsilə istifadəçilərin "Whatsapp"-a neçə dəfə daxil olduğu və nə qədər vaxt keçirdiyini bilmək mümkün olacaq. Yəni istədiyiniz şəxsin gün ərzində neçə dəfə və nə qədər "Whatsapp"-da vaxt keçirdiyini asanlıqla bilmək imkanına sahib olacaqsınız. Bundan başqa həmin şəxslərin nə zaman profil fotosunu və statusunu dəyişdirdiyini də biləcəksiniz.

Qeyd edək ki, 1 milyard insanın istifadə etdiyi mesajlaşma sisteminin istifadəyə verilməsindən sonra, facebookun nüfuzunda azalma müşahidə olundu. Hazırda insanlar bir-biri ilə əlaqə saxlamaq üçün facebook-dan daha çox "whatsapp"-a üstünlük verir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00