Nurgül Yeşilçay ilk "sevgi"sinə geri dönür

Məşhur türk aktrisa Nurgül Yeşilçay yardım kampaniyalarından birində iştirak edib. Türkiyə mətbuatı bildirir ki, o, tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb. O, açıqlamasında: "Yayda yeni filmə çəkiləcəm. Ondan əlavə, şəkil çəkmək mənim ilk sevgimdir. Yenidən ona qayıdacağam. Yağlı boya ilə şəkillər çəkirəm. Gələcəkdə sərgi açmağı planlaşdırıram", - deyib.

Qeyd edək ki, aktrisa axırıncı dəfə "Paramparça" serialına çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00