Asqırıq zamanı bakteriyalar belə yayılır VIDEO
11 Fevral 2016 19:04 Dünyaİnsan asqıranda havaya yayılan, damcılar formasında olan selikdəki bakteriyalar çoxfazalı, turbulent bulud formasında olur. Bunun nəticəsində insanın qarşısındakı havada bakteriyaların sayı 200 dəfə artır. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-dakı Massaçusets Texnologiya İnstitutunun alimlərinin apardıqları araşdırmanın nəticələri belədir. Eksperimentlər zamanı əldə edilən sonuclara görə, insan asqıranda bakteriyalar və mikroblar 8 metr məsafəyə yayılır. Professor Lidia Buruybanın rəhbərlik etdiyi eksperimentlər zamanı iki könüllü 50 dəfə asqırıb. Onların asqırıq anları 9 kamera ilə çəkilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00

