Səudiyyə Ərəbistanındakı şiə məscidində partlayış baş verib

Səudiyyə Ərəbistanının Əl-Ahsa şəhərində şiələrin İmam Rza məscidinə hücum edilib. APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, cümə namazı zamanı 2 terrorçu kamikadze məscidə girməyə cəhd göstərib. Polis onlara mane olub. Terrorçulardan biri üzərindəki bombanı partladıb. Nəticədə 2 nəfər ölüb. Digər terrorçunun yaralı halda yaxalandığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00