Türkiyə Rusiya qazına endirimlərdən məhrum oldu
29 Yanvar 2016 16:00 DünyaRusiyanın "Qazprom" şirkəti Türkiyədə özəl sektoru təmsil edən, təbii qazın idxalı ilə məşğul olan şirkətlərə təbii qaz ilə bağlı tətbiq etdiyi güzəşti ləğv edib. Virtualaz.org Reuters-ə istinadən bildirir ki, illik 10 milyard kubmetrlik qaz idxalı ilə məşğul olan özəl sektordakı 6 şirkət, 2015-ci il yanvarın 1-dən tətbiq edilən 10,25%-lik güzəştdən bundan sonra istifadə edə bilməyəcək. "Qazprom" ilə özəl şirkət rəsmilərinin ötən həftə görüşdüklərini bildirən rəsmi şəxslər qeyd ediblər ki, əgər iki ölkə arasında gərginlik başa çatarsa, bu halda güzəşt məsələsi yenidən gündəmə gələ bilər.
Qeyd edək ki, "Qazprom" şirkəti bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00