Almanlar Angela Merkelin istefasını istəyir
29 Yanvar 2016 14:25 DünyaAlmaniya əhalisinin 39,9%-i Kansler Angela Merkelin istefasını istəyir. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir. Almaniyanın Focus jurnalı üçün İNSA institutu tərəfindən keçirilmiş sorğuya əsasən, almanlar A.Merkelin miqrasiya böhranı ilə bağlı münasibətini bəyənməyərək onun istefasını istəyirlər. Sorğuya əsasən, A.Merkelin istefasını istəyənlərin əksəriyyəti - 64,6%-i - "Almaniya üçün alternativ" partiyasının tərəfdarlarıdır. Eyni zamanda, sorğuda iştirak edənlərin 45,2%-i isə hesab edir ki, kanslerin miqrasiya böhranı ilə bağlı siyasəti onun istefaya getməsinə səbəb ola bilməz. Yanvarın 19-da A.Merkel 44 deputatın imzaladığı məktub alıb. Məktubda Bundestaq nümayandələri ölkənin miqrasiya siyasətində dəyişiklik edilməsinin zəruri olduğunu vurğulayırlar. 2015-ci il ərzinda Almaniya 1,1 milyonadək qaçqın qəbul edib. Ölkə əhalisinin bir qismi hesab edir ki, bu qədər çox qaçqın və miqrant qısa zaman ərzində alman ictimayyətinə inteqrasiya edə bilməyəcəklər.