"Müsəlmanları dənizə tökün"

"Miqrantları dənizə tökün, qanunları tapdalayın. Boğulub-boğulmayacaqları məni maraqlandırmır". Publika.az bildirir ki, Yunanıstanın miqrantlarla iş üzrə naziri İoannis Mouzala Hollandiyada Yaxın Şərqdən və Afrika ölkələrindən Avropaya köçən müsəlman miqrantlarla bağlı keçirilən tədbirdə çıxış zamanı bildirib ki, bu şok tələbi belçikalı həmkarı Teo Françe irəli sürüb. Tədbirin aparıcısının "yəni belçikalılar problemin həlli üçün sizdən miqrantları dənizə tökməyi istədilər?" sualına yunan nazir "bəli" deyə cavab verib. Adıçəkilən belçikalı nazir isə bunu yalan iddia adlandırıb və deyilənləri təsdiq etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00