Başqırdıstanda “donuz qripi”nə yoluxanların sayı 34 nəfərə çatıb

Rusiyanın Başqırdıstan Respublikasında "donuz qripi"nə yoluxanların sayı 34 nəfərə çatıb. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəliyindən verilən məlumatda deyilir. "Bu gün laborator qaydada 34 nəfərin bu xəstəliyə yoluxması təsdiqlənib. Onların arasında 17 uşaq var", - deyə regional nümayəndəlikdən bildirilib. "Donuz qrip"i əsasən Ufa, Uçalı, Beloreçk və Kumertau şəhərlərində qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00