Türk təyyarəsi Ukraynadan geri döndü

Türk Hava Yollarının Airbus 320 tipi TK435 sayılı İstanbul -Dneprepetrovsk səfərini yerinə yetirən təyyarə ağır hava şərtləri səbəbi ilə Dneprepetrovsk hava limanına enmədən İstanbula geri dönmək məcburiyyətində qalıb. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, saat 14.08'də İstanbuldan qalxan təyyarə Dneprepetrovskda qar fırtınası, görmə məsafəsinin təhlükəli dərəcədə olması, donma, şaxta və eniş zolağının üzərində zədələnmə səbəbi ilə geri dönüb. Təyyarə saat 17.28 radələrində İstanbul Atatürk hava limanına enib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00