Çində uşaq oğurluğu ilə məşğul olan şəxs edam edilib
29 Yanvar 2016 12:51 DünyaÇində 20-dən çox körpəni satmaqda təqsirləndirilən cinayətkar qrupun rəhbəri Tan Yunçji edam edilib. APA-nın Çinin CNS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, o, bir qrup şəxslə əlbir olaraq uşaqların oğurlanması və satışı ilə bağlı biznes təşkil edib. Körpələr ölkənin cənub-qərbində yerləşən Yunnan əyalətindən oğurlanaraq Çinin mərkəzi əyaləti olan Xenanda satılıb. 2008-ci ilin fevralından 2013-cü ilin aprelinə qədər 22 uşaq cinayətkar dəstənin qurbanına çevrilib. Qrupun rəhbərinə ən yüksək cəza verilib, onun bütün əmlakı da müsadirə edilib. Qrupun digər üzləri isə müxtəlif müddətə həbs cəzasına məhkum olunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00