“Kalaşnikov” avtomatı ABŞ-da yığılacaq
29 Yanvar 2016 11:34 DünyaRusiyanın əfsanəvi "AK-47" tipli avtomatları ABŞ-ın Florida ştatında yığılacaq. APA-nın "LifeNews"a istinadən verdiyi xəbərə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi səbəbindən Rusiyanın "Kalaşnikov" konserni ilə əlaqəsi kəsilən "Kalaşnikov ABŞ" şirkəti öz istehsal sahəsini yaratmağa qərar verib. Bu barədə "Kalaşnikov ABŞ" şirkətinin yaydığı bəyanatda bildirilir. Məlumata görə, zavod Mayami yaxınlığındakı Pompano Biş şəhərində fəaliyyət göstərəcək. İstehsal sahəsinin artıq bu ilin sonunda işə salınması planlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00