Leonardo Di Kaprio Roma papası ilə görüşüb
Aktyor Papa ilə dünyanın ekoloji problemlərini müzakirə etmək üçün bir araya gəlib
29 Yanvar 2016 09:53 DünyaHollivud ulduzu Leonardo DiKaprio Roma Papası Fransisklə görüşüb. ANS PRESS-in məlumatına görə, Vatikanda olan 41 yaşlı aktyor Papa ilə dünyanın ekoloji problemlərini müzakirə etmək üçün bir araya gəlib.2015-ci ildə dünyada ekoloji vəziyyətin yaxşılaşdırılması üçün xeyriyyə fondlarından birinə 15 milyon dollar bağışlayan DiKaprio Davos Dünya İqtisadi Forumunda da da xüsusi mükafata layiq görülmüşdü.Leonardo Papa ilə görüşə tək getməyib. O, atası Corc DiKaprio ilə birlikdə Fransisklə görüşüb. Aktyor Vatikana əliboş da- getməyib. Belə ki, Leo Papaya rəssam İeronim Bosxun albomunu hədiyyə edib.Məşhur aktyor Leonardo DiKaprio bir müddət əvvəl də "Dünyanı qorumaq üçün laqeyd qalmamalıyıq" deyərək beynəlxalq təşkilatlara külli miqdarda pul bağışlamışdı.Aktyor öz adına qurduğu fond vasitəsilə təşkilatlara 15 milyon dollar verib. Beləliklə də o xeyriyəçi kimi digər həmkarlarından geri qalmayıb.