Türkiyə hərbçiləri 5 İŞİD terrorçusunu məhv edib
29 Yanvar 2016 06:44 DünyaTürkiyənin Suriya ilə sərhədində yerləşən Gaziantep vilayətində hərbiçilər İŞİD terror qruplaşmasının 5 üzvünü məhv edib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə əsasən, hərbiçilər sərhədyanı ərazinin minadan təmizlənməsi ilə məşğul olduqları zaman terrorçular pikapdan atəş açıb.
Türkiyə hərbiçilərinin açdıqları cavab atəşi nəticəsində pikapda olan 5 terroçu məhv edilib. Türkiyə itki verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00