Ağ Ev də Putini korrupsiyada ittiham etdi
29 Yanvar 2016 06:15 DünyaABŞ Dövlət Departamenti Maliyyə Nazirliyi nümayəndəsinin Rusiya prezidenti Vladimir Putini korrupsioner adlandırması fikri ilə razıdır.
Virtualaz.org Reuters-ə istinadən bildirir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Con Ernest gündəlik brifinqdə bəyan edib.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Adam Şubin Rusiya prezidentinin korrupsiyaya uğradığını və Vaşinqtonun uzun illərdir bundan məlumatlı olduğunu deyib.
Bununla belə o, "ABŞ Putinə qarşı sanksiya tətbiq edə bilərmi" sualına cavab verməkdə çətinlik çəkib. Fikrini də onunla əsaslandırıb ki, bu cür məsələlər Maliyyə Nazirliyinin səlahiyyətinə aiddir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00