İran prezidenti Avropanı fəth edir: Fransa ilə 20 saziş imzalandı

İran prezidenti Həsən Ruhaninin Fransaya səfəri çərçivəsində Paris və Tehran arasında müxtəlif sahələri əhatə edən 20 saziş imzalanıb.

, Fransanın "Total" neft-qaz şirkəti xam neftin alışına dair İranın "NIOC" şirkəti ilə saziş imzalayıb.

"Airbus" şirkəti "Iran Air" aviaşirkəti ilə İrana 118 sərnişin təyyarəsinin tədarükünə dair saziş imzalayıb. Bundan başqa, İran "Airbus" şirkəti ilə aviasiya sahəsində əməkdaşlığa dair müqavilə imzalayıb.

"Vinci" şirkəti İran tərəfi ilə Məşhəd və İsfahandakı hava limanlarının yeni terminallarının tikintisi və istismarı ilə bağlı saziş imzalayıb.

"Bouygues" şirkəti isə Tehrandakı "İmam Xomeyni" hava limanının yeni terminalının inkişafı layihəsi üzrə razılaşma əldə edib.

"Azadlıq" radiosunun məlumatına görə, imzalanan sazişlərin ümumi dəyəri 22 milyard avro təşkil edir.

Qeyd edək ki, Həsən Ruhanin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada ikigünlük rəsmi səfərdədir.

Virtualaz.org xatırladır ki, İran prezidenti Həsən Ruhani bundan əvvəl İtaliyada olub və həmin səfər çərçivəsində ümumi dəyəri 17 milyard dollara yaxın bir sıra sazişlər imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00