Yunanıstan sahillərində gəmi batıb, 24 nəfər boğulub
Sahil Mühafizə Xidmətindən daha 11 nəfərin itkin düşdüyü bildirilib
28 Yanvar 2016 19:00 DünyaYunanıstanın Samos adası sahilində göyərtəsində qaçqınlar olan gəminin batması nəticəsində 10-u uşaq olmaqla, 24 nəfər ölüb. "Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb. Məlumata görə, Yunanıstanın Sahil Mühafizə Xidmətinin əməkdaşları 24 nəfərin meyitini sudan çıxarıb. 10 nəfər isə xilas edilib. Sahil Mühafizə Xidmətindən daha 11 nəfərin itkin düşdüyü bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00