Maliyyə naziri istefa verdi

Yaponiyanın maliyyə naziri Akira Amari rüşvət iddiaları ilə bağlı bu gün istefa verdiyini açıqlayıb. Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, nazir inşaat şirkətlərindən birindən nəğd pul almaqda ittiham edilib. Televiziya proqramlarından birində canlı yayımda çıxış edən nazir qalmaqalın məsuliyyətini üzərinə götürdüyü üçün istefa verdiyini açıqlayıb, lakin Amari rüşvət almadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00