Ermənistanda iki nazirlik birləşdirilir
28 Yanvar 2016 15:12 DünyaErmənistanın Milli Təhlükəsizlik Nazirliyi ilə polis birləşdiriləcək. Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Akopyan bildirib. Məsələ ilə bağlı jurnalistlərin sualını cavablandıran Q.Akopyan deyib: "Hər şey mümkündür". "Milli Təhlükəsizlik Xidmətinin direktoru öz yerinə kimi görür" sualına cavabında isə o, özünü gördüyünü vurğulayıb.
Qeyd edək ki, fevralda Qorik Akopyanın səlahiyyət müddəti başa çatır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00