Ana oğlunun ölümündən sonra bu hala düşdü
28 Yanvar 2016 19:53 Dünya"Çəkim həddən ziyadədir, tosqunluqdan əziyyət çəkirəm. Yeriyə bilmirəm. 4 il əvvəl oğlum vəfat edəndən sonra daha da kökəlməyə başladım. İndi də bu bəlanın öhdəsindən gələ bilmirəm". ABŞ-ın Texas ştatında, Liq-Siti şəhərində yaşayan Cyun MakKeyminin çəkisi 272,3 kiloqramdır. 4 övlad anasının dediyinə görə, bədən çəkisinin sürətli artımı ötən il, oğlu vəfat edəndən sonra yaranmış depressiya nəticəsində başlayıb. Milli.Az TLC-yə istinadhən ildirir ki, yerindən tərpənməyə çətinlik çəkən Cyunun qayğısına onunla birlikdə yaşayan Sadi Qreqori qalır. "Sadi ilə tanış olanda çox çevik, hərəkətli idim. İndi isə tərpənə bilmirəm. Sanki, uşağam, qayğıma qalır. Məni yemləyir, çimizdirir. Arıqlamaq istəyirəm, amma bunu necə edəcəyimi bilmirəm", - Cyun deyib.