Italiyada heykəlləri geyindirəcəklər
28 Yanvar 2016 14:24 Dünyaİtaliyada İran prezidenti Həsən Ruhaninin səfəri qalmaqala səbəb olub. Belə ki, İran prezidentinə hörmət əlaməti olaraq Kapitoliy muzeyindəki bir neçə qədim Roma zamanından qalan heykəlləri geyindirmək qərara alınıb. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, qərar cəmiyyətdə narazılığa səbəb olub. Olaya ən ciddi narazılığını ifadə edənlərin başında deputat Luka Skveri durur. O, höküməti çox mülayim və yumşaq olmaqda ittiham edib. Luka Skveriyə dəstək deputat Matteo Salvinidən gəlib. O "Qərbi yox etməyə hazır olmaq istəyənlərə niyə bu qədər hörmət edilir?" sualını verib. İtalyan höküməti isə bu addımın ziyarətə gələnlərin adət-ənənəsinə hörmət olaraq atıldığını bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00