İnternatda vəhşilik: uşaqlar elektroşokla döyüldü
28 Yanvar 2016 14:23 DünyaRusiya Federasiyasının İrkutsk vilayətində yerləşən internat məktəbində uşaqlara qarşı dəhşətli zorakılıq halları qeydə alınıb. Aznews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə internat sakinləri ərazidə uşaqların hüquqları üzrə müvəkkil Svetlana Semenovaya şikayət ediblər. Şikayətdə göstərilib ki, tərbiyəçilər uşaqları təhqir edib, həmçinin elektroşoklardan istifadə ediblər. Aparılan araşdırmalardan sonra müvəkkilə ünvanlanan çoxsaylı şikayətlər təsdiqlənib. "İnternatda təhsil və əsasən də uşaqlara münasibətə dair müvəkkilin rəyi vilayət qubernatorunun adına hazırlanacaq. Müvəkkilin təşəbbüsü ilə bəzi halların araşdırılması üçün işə istintaq orqanları cəlb olunublar", - müvəkkilin mətbuat katibliyindən bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00