Təyyarədə 224 nəfəri öldürən şəxsin kimliyi bilindi
28 Yanvar 2016 13:41 DünyaSinay yarımadasında qəzaya düşən və 224 sərnişinin öldüyü Rusiyaya aid A321 təyyarəsinə bomba yerləşdirən terrorçunun kimliyi məlum olub. Qafqazinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, Misir hüquq-mühafizə orqanları və Rusiya xüsusi xidmət orqanları Şarm eş-Şeyxdən Sank-Peterburqa uçan təyyarənin partladılmasında iştirakçı olan bir neçə terrorçunun şəxsiyyətini müəyyənləşdirib. Məlum olub ki, təyyarəyə partlayıcı qurğunu qısa müddət əvvəl işə götürülən Şarm əş-Şeyx aeroportunun əməkdaşı yerləşdirib. Həmin şəxs terrordan sonra gizlənib, sonuncu dəfə Türkiyədə olduğu qeydə alınıb. Xüsusi xidmət orqanları hazırda onun beş tərəfdaşlarının axtarışındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00