Partlayış nəticəsində 2 əsgər öldü

Əfqanıstanın Herat vilayətinin Guzar rayonunun Siyavşan kəndində yol kənarına yerləşdirilən bombanın partladılması nəticəsində iki əsgər həlak olub, 3-ü yaralanıb. "Anadolu" agentliyi xəbər verir ki, bunu Əfqanıstanın qərbində yerləşən Zafar komandanlığının sözçüsü Nəcibullah Nəcibi bildirib. Onun sözlərinə görə, uzaqdan idarə olunan bomba əsgərləri daşıyan avtomobil ərazidən keçərkən partladılıb. Partlayış nəticəsində hərbçilərin mindiyi zirehli avtomobil yararsız hala düşüb. Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00