Deniz Seki kamera yoldaşı ilə vidalaşdı

Müğənni Deniz Sekinin həbsxandakı kamera yoldaşı Selma Sincar başqa türməyə köçürülüb. Türkiyənin "Sabah" qəzeti xəbər verir ki, Selmanı həbsxana qapısında 500 nəfərdən çox adam qarşılayıb. 2014-cü ildə həbs olunan qadın müğənni ilə eyni kamerada qalırdı. Başqa həbsxanaya köçürülən qadın son bir ildə ifaçı ilə çox yaxınlaşmışdı.

Qeyd edək ki, o, oğlunu öldürən insanın şərikini və sürücüsünü öldürülməsinə görə 15 il həbs cəzası almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00