Sinayda partlayış zamanı beş hərbi qulluqçu həlak olub
28 Yanvar 2016 07:41 DünyaSinay yarımadasının şimalında Al-Ariş şəhəri yaxınlığında əldəqayırma bombanın partlaması nəticəsində 5 misirli hərbi qulluqçu həlak olub, 12 nəfər yaralanıb.Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, əldəqayırma bomba ordu patrulu keçən zaman yolun yaxınlığında partladılıb. Hazırda hüquq mühafizə orqanları hadisə yerində istintaq tədbirləri görürlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00