Rusiyanın Nijni Novqorod şəhərində üç nəfər "donuz qripi"ndən ölüb
27 Yanvar 2016 18:36 DünyaRusiyanın Nijni Novqorod şəhərində üç nəfər "donuz qripi"ndən ölüb. APA-nın Rusiya bürosunun məlumatına görə, bunu 13 saylı şəhər klinik xəstəxanasının baş həkimi Aleksandr Razumovski bildirib. Onun sözlərinə görə, hazırda xəstəxanada 48 nəfər qripə yoluxmuş xəstə var: "Onlardan 4 nəfər "donuz qripi" virusuna yoluxub. Hazırda həmin xəstələr reanimasiyadadır". "Rospotrebnadzor"un regional nümayəndəliyinin məlumatına görə, Nijeqorod vilayətində qrip epidemiyası 1,5 dəfə, Nijni Novqorod şəhərində isə 2 dəfə artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00