Ronaldo 140 milyona otel aldı

Dünyanın ən çox qazanan idmançılarından olan "Real"ın hücumçusu Kristiano Ronaldo kapitalını daşınmaz əmlaka yatırtmaqda davam edir. Publika.az xəbər verir ki, portuqaliyalı ulduz Monte-Karlonun ən məşhur rayonunda 140 milyon avro dəyərində otel alıb. Bu mehmanxana italyan biznesmen Alessandro Protonun sahibi olduğu "The Proto Group" şirkətinə məxsus idi. Ötən ilin avqustunda Proto Nyu-Yorkdakı göydələnlərdən birindəki mənzilini də 16 milyon avroya Ronaldoya satmışdı. Bundan əvvəl 30 yaşlı futbolçunun "The Pestana Group" şirkətiylə birlikdə Portuqaliyada, Madriddə və Nyu-Yorkda otellər şəbəkəsinə 70 milyon yatırım etdiyi bildirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00