İŞİD-in “xaos planı”: Türkiyənin 18 şəhəri hədəfdə

Türkiyə hüquq-mühafizə orqanları İŞİD-in Qaziantep valisi olan Yılmaz Durmazın kompüterindən şok məlumatları ələ keçirib. Publika.az xəbər verir ki, 2015-ci ilin 10 oktyabr tarixində Ankarada keçirilən sülh yürüşünə hücum edən İŞİD-çilərin hücrə evlərində əməliyyat keçirən polis əhəmiyyətli məlumatlar əldə edib. Y. Durmaz əməliyyat zamanı qaçmağı bacarsa da, onun kompüteri ələ keçirilib. Kompüterdəki məlumatlara görə, İŞİD Antalyada keçirilən G20 zirvəsində, həmçinin, 18 şəhərdəki 25 nöqtədə terror aktı törətməyi planlaşdırırmış. İŞİD-in "xaos planı" adlandırdığı hücumlar Türkiyədə kürd-türk müharibəsinin başlamasına, həmçinin, məzhəb qarşıdurmasına səbəb olacaq hadisələrə hesablanıbmış. Hücum siyahısında Cənub-Şərqi Anadoludakı AKP və HDP təmsiçilərinin də adı olub. Bununla yanaşı, İŞİD bölgədəki ələvi türkman və ələvi kürdlərin yaşadığı kəndlərə də hücum edəcəkmiş. Türkiyədəki bütün Su Elektrik Stansiyalarının partladılması da planlar arasındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00