Gülşən Alp dağlarında 2 milyona malikanə alacaq

Məşhur müğənni Gülşən sevgilisi Ozan Çolakoğlu ilə İsveçrədə tətil edir. Publika.az xəbər verir ki, Alp dağlarında yerləşən məşhur dağ evlərinə heyran qalan müğənni burada mənzil almağa qərar verib. Tətilini yarımçıq qoyaraq maklerlə birlikdə ev axtarmağa başlayıb. Hazırda gecəsi 8 min dollar olan oteldə qalan müğənni, qiyməti 2 milyon avrodan başlayan dağ evlərindən birini almağa hazırlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00