Yük avtomobili partladıldı: 5 ölü var

Keniyanın şərqində, Somali ilə sərhəddə yük avtomobilində fuqasın partladılması nəticəsində azı 5 polis ölüb. Report TASS-a istinadən xəbər verir ki, bunu Keniya polisinin başçısı Jozef Bune bildirib. Məlumata görə, hadisə bu yaxınlarda qətlə yetirilən hərbçilərin dəfn mərasimi öncəsi baş verib.

Qeyd edək ki, həmin hərbçilər terrorçu "Aş Şabab"ın hücumu nəticəsində öldürülüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00