Milyonların sevimlisi vəfat etdi VIDEO

Dünyanın ən məşhur müğənnilərindən biri, Britaniyanın "Black" qrupunun solisti Kolin Uirnkoumb avtomobil qəzasında aldığı yara və travmalardan dünyasını dəyişib. Onun 53 yaşı vardı. Milli.Az The İrish Times-a istinadən bildirir ki, müğənni iki həftə əvvəl İrlandiyadakı Kork hava limanının yaxınlığında qəzaya düşmüşdü. O, hadisə yerindən dərhal hospitala aparılsa da, həkimlər onu ölümün cəngindən ala bilməyiblər. Kolin Uirnkoumb "Black"in bütün mahnılarının, o cümlədən 1987-ci ildə səslənmiş "Wonderful Life" hitinin müəllifidir. "Black" qrupu 1980-ci ildə Liverpul yaxınlığındakı Robi şəhərində yaradılıb. Qrupda Uirnkoumbla bahəm, Cimmi Senqster və Deyv Diki vardı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00