Parlamentdə baş naziri qucaqlayan deputat prezident fraksiyasından çıxarıldı

Ukrayna Ali Radasının üzvü Oleq Barna "Pyotr Poroşenkonun bloku" fraksiyasından xaric edilib.Parubiy açıqlayıb. Qərara səbəb ötən ilin dekabrında O. Barna ilə baş nazir Arseni Yatsenyuk arasında parlamentdə baş vermiş insidentdir. O. Barna isə fraksiyadan öz istəyi ilə çıxdığını bəyan edib.Xatırladaq ki, ötən ilin dekabrında Ukrayna parlamentində Arseni Yatsenyukun çıxışı zamanı Oleq Barna tribunaya yaxınlaşaraq əvvəlcə ona bir dəstə gül verib, sonra isə baş naziri qucağına alaraq kürsüdən kənara atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00