Rusiyaya səfər edən gürcülərin sayı 5 dəfə artıb
27 Yanvar 2016 11:36 DünyaRusiyaya səfər etmək istəyən Gürcüstan vətəndaşlarına verilən vizaların sayı 5 dəfə artıb.Report Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu İsveçrənin Tbilisidəki səfirliyindəki Rusiyanın Gürcüstanda maraqlarını müdafiə edən bölmənin rəhbəri Vadim Qorelov bildirib.Onun sözlərinə görə, 2013-cü ildə Rusiyaya səfər etmək istəyən Gürcüstan vətəndaşlarına gün ərzində 70 viza verildiyi halda hazırda bu rəqəm 350-yə çatıb.V.Qorelov deyib ki, viza ilə Rusiyaya getmək istəyənlərin sayı elə kəskin artmasa da, onların sırası daimi genişlənir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00