Federal Ehtiyatlar Sisteminin bu gün iclası keçiriləcək
27 Yanvar 2016 11:26 DünyaBu gün Amerika Birləşmiş Ştatlarının Federal Ehtiyatlar Sisteminin (FES) bu ildə ilk iclası keçiriləcək. "APA-Economics" xəbər verir ki, FES-in iclasında uçot dərəcəsinə yenidən baxılacaq. Düzdür, ekspert və analitiklərin əksəriyyəti hesab edir ki, FES uçot dərəcəsini dəyişməyəcək. Bu arada, dünya birjalarında dolların məzənnəsi dəyişməz olaraq qalır. Birja oyunçuları FES-in iclasında sonra ediləcək açıqlamanı gözləyir.
Xatırladaq ki, ötən ilin dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Beləliklə, baza faiz dərəcəsi üzrə orta göstərici 0,375% təşkil edir. Qeyd olunur ki, son dəfə uçot dərəcəsi 2006-cı ildə qaldırılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00