Türkiyə XİN-i: Terrorçular Suriya danışıqlarına buraxılmamalıdır

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu hesab edir ki, Suriya danışıqlarında iştirakçı qrupların formalaşdırılması zamanı "Cəbhət ən Nüsrə" və "İŞİD" kimi terror təşkilatlarının iştirakına yol verilməməlidir. Bu barədə o "RİA Novosti"yə açıqlamasında bildirib.Türkiyə XİN rəhbəri danışıqlarda müəyyən ediləcək iştirakçıların hamısının təmsil olunmasının zəruriliyini qeyd edib: "Siyasi nizamlanma Suriyadakı münaqişənin yeganə həll yoludur". Mövlud Çavuşoğlu hazırkı vəziyyəti şərh edərək, artıq BMT-nin iştirakçı komandalara dəvətnamələr göndərdiyini bildirib: "Müxalifət hazırdır, bir müddət sonra onlar öz nümayəndə heyətlərini təyin edəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00