İsraildən şok Türkiyə iddiası

Müdafiə naziri Türkiyəni İŞİD terror qruplaşması ilə neft ticarətində ittiham edib

İsrailin müdafiə naziri Moşe Yalon Türkiyəni İŞİD terror qruplaşması ilə neft ticarətində ittiham edib.ANS PRESS-in məlumatına görə, müdafiə naziri Türkiyəni ekstremist qruplaşmadan neft almaqda günahlandırıb."İŞİD terror qruplaşması çox uzun müddət üçün öz neftinə görə türk pulunu alıb. Mən ümid edirəm ki, buna son qoyulacaq", - deyə Moşe Yalon Afinada jurnalistlərlə söhbətində bildirib."Artıq Türkiyə hakimiyyəti terrorizmlə mübarizədə iştirak edib-etməyəcəyinə və hansı koalisiyanın üzvü olacağına qərar verməlidir." - deyə nazir əlavə edib. Yaalon həmçinin rəsmi Ankaranı Suriyayla sərhədlərinə kifayət qədər nəzarət etməməyə görə pisləyib. Onun fikrincə, Türkiyə "çihadçılara Avropadan Suriya, İraqa və oradan geri hərəkət etməyə icazə verib".Daha əvvəl Türkiyəyə qarşı analoji ittihamları Rusiya müdafiə nazirliyi də səsləndirib. Rəsmi Moskva enerji resurslarlarıyla ticarətdən İŞİD terror qruplaşmasının ildə 2 milyard dollar gəlir əldə etdiyini bildirib. Rusiya həmçinin Türkiyəni İŞİD-lə neft ticarətində ittiham edib.Keçən il noyabr ayında İsrailin müdafiə naziri Moşe Yalon İŞİD-in ölkəsinə niyə hücum etmədiyinin və terror hadisələri törətməməsinin səbəblərini açıqlamışdı. Yalon ölkəsinin rəsmi radiosuna açıqlmasında İŞİD-in sərt qarşılıq görəcəyi üçün buna cəhd etmədiyini bildirib. Nazir İŞİD terror təşkilatının bəzi ərazilərinin ölkəsi ilə sərhədə yerləşdiyini bildirib. "İŞİD-in bizimlə sərhədləri var. Amma ölkəmiz üçün bir təhlükə görmürəm. Terrorçular bizdən qorxduğu üçün ölkəmizə hücum etmirlər". İŞİD-i təhlükəli hesab etməyən Moşe Yalon İranı ölkəsi üçün təhdid hesab edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00