Xomeyninin nəvəsi seçkilərdən kənarlaşdırıldı

İran İslam Respublikasının banisi Xomeyninin nəticəsi atasının ali dini quruma seçkidən kənarlaşdırıldığını deyib.

Həsən Xomeyninin oğlu Əhməd Xomeyni bunu yanvarın 26-da "İnstaqram"səhifəsində yazıb.

Onun sözlərinə görə, qərarı yanvarın 25-də İnqilab Şurası verib.

Bu barədə İranın dövlət İRNA agentliyi də məlumat yayıb.

İslahatçılarla yaxın əlaqəsi olan Həsən Xomeyni "Ekspertlər Assambleyası"na namizədliyini veribmiş (bu Şuranın üzvlərini ölkədə əsas söz sahibi olan Ali dini lideri seçir.)

Qeyd edək ki, fevralın 26-da 88 yerlik "Ekspertlər Assambleyası" və 290 yerlik parlamentə seçkilər keçiriləcək.

Onu da qeyd edək ki, islahatçı siyasətçilər bu günlərdə İnqilab Şurasını mötədil namizədlərin parlament seçkilərinə buraxılmaması ilə bağlı qərarına yenidən baxmağa çağırıblar.

9 partiyanın yanvarın 20-də yaydığı bəyanatda bildirilirdi ki, 3 min islahatçı namizəddən cəmi 30-u qeydə alınıb.

İnqilab Şurasının rəhbəri Əyatullah Əhməd Jannati İSNA agentliyinə bildirib ki, Şura təzyiqlərə boyun əyməyəcək.

Amma onun müavini Siamək Rəhpeik Şuranın rəsmi saytında yazıb ki, çox küman ki, rədd edilənlərdən 15 faizinin namizədliyi sonradan bərpa ediləcək.

Xaırladaq ki, İranda parlament seçkilərində namizədləri mühafizəkarlardan ibarəd İnqilab Şurası müəyyən edir.(azadliq.org)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00