Daşkəsəndə ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bayan kəndi ərazisində "Niva Chevrolet" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində iki nəfər ölüb. Xəsarət alanların olduğu da bildirilir. Hazırda hüququ-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00