Yerevanın yolları iflic oldu

Yerevanda qar yolların bağlanmasına səbəb olub. Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, güclü qar səbəbindən Yerevan-Gümrü magistral avtomobil yolu ilə hərəkət etmək mümkün deyil. Xəbərdə bildirilib ki, Yerevan-Gorus və başqa istiqamətlərdə dəmiryolu xətti ya bağlanıb, ya da qatarların hərəkətində çətinlik yaranıb. Bundan başqa, ermənilərin istifadə etdikləri Stepatsminda (Gürcüstan) - Lars (Rusiya) istiqamətində bütün yollar bağlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00