Aldadıldığı üçün 15 milyon dollar tələb edir
26 Yanvar 2016 18:55 Dünya43 yaşlı amerikalı aktrisa Sofiya Verqara bir kosmetika firmasına görə məhkəməyə müraciət edib. Milli.Az Türkiyənin "Vətən" qəzetinə istinadən xəbər verir ki, Verqara reklamında ondan icazəsiz olaraq fotosunu istifadə edən firmadan 15 milyon dollarlıq təzminat tələb edib. O, özünü "aldadılmış və fanatlarını aldatmış kimi" hiss etdiyini bildirib.
Qeyd edək ki, aktrisa ötən il həmkarı Co Mancaniello ilə ailə qurub. Aktrisanın birinci evliliyindən 22 yaşlı oğlu var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00