Moskvada karantin elan edildi

Moskvada donuz qripi epidemiyası və tənəffüs yollarının kəskin respirator infeksiyaları ilə əlaqədar karantin elan edilib. Qafqazinfo Rusiya KİV-ə istinadən xəbər verir ki, artıq 4 nəfərin paytaxtda donuz qripindən öldüyü bildirilir. Bu səbəbdən 800 məktəb və 600 uşaq bağçasında fevralın 1-nə kimi tətil elan edilib. Moskva əyalətində ötən həftə qripə yoluxanların sayı 41-i donuz qripi (A(H1N1) ) olmaqla, 64 mini keçib. Bu isə epidemiya həddindən yarım dəfə çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00