ABŞ kəşfiyyatı azərbaycanlılarla bağlı səhvini düzəltdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Güney Azərbaycanda yaşayan azərbaycanlılarla bağlı səhvini düzəldib.  Publika.az bildirir ki, MKİ-nin rəsmi saytında ötən həftəyə qədər güney azərbaycanlıların sayı İran əhalisinin 16 faizini təşkil etdiyi göstərilirdi. Lakin saytda edilən son düzəlişdə azərbaycanlıların sayı 40 faiz olaraq göstərilib.

Qeyd edək ki, rəsmi Tehran İran daxilində yaşayan digər xalqların sayı, ümumiyyətlə, onlar haqda hansısa informasiyaların toplanmasına icazə vermir. Buna görə də indiyə qədər Güney Azərbaycanda yaşayan soydaşlarımızın sayı təxmini olaraq göstərilməkdədir. Soydaşlarımız haqda aparılan çoxsaylı araşdırmalarda onların sayı İran əhalisinin 16, yaxud 40 faiz olduğu göstərilirdi. MKİ də indiyə qədər ən aşağı göstəricini təqdim edirdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00