Kıvanç Tatlutuğ yeni serialla geri qayıdır

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun çəkiləcəyi yeni serial ilə bağlı yeni məlumatlar əldə edilib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Siyah Beyaz" serialı ilə izləyicilərinin qarşısına çıxacaq. Serialın fevral ayının ilk həftəsində başlaması nəzərdə tutulur. Serial "Star TV"də yayımlanacaq.

Qeyd edək ki, Tatlıtuğ axırıncı dəfə "Star TV"də yayımlanan "Kurt Seyit ve Şura" serialında rol almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00