Lavrov: “Qərb Rusiyaya qarşı qeyri-konstruktiv xətti tutmaqda davam edir”

"ABŞ-la Avropa İttifaqı Rusiyaya qarşı qeyri-konstruktiv xətti tutmaqda davam edir". APA-nın məlumatına görə, bunu Moskvada keçirdiyi brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib. O qeyd edib ki, Qərbin qeyri-konstruktiv xəttinə NATO-nun möhkəmləndirilməsi də daxildir. S. Lavrov ölkəsinin Avropa və ABŞ-la bərabərhüquqlu və faydalı əsasda əməkdaşlığa hazır olduğunu bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00