"Rusiya öhdəliklərini yerinə yetirməlidir"

"Rusiya Avropa Şurası qarşısında öhdəliklərini tam yerinə yetirməyincə Avropa Şurası Parlament Assambleyasına (AŞPA) tamhüquqlu şəkildə qayıtmayacaq".

APA-nın "Rosbalt" agentliyinə istinadən verdiyi məlumata görə, bunu AŞPA-da liberal və demokrat qrupunun lideri, ispaniyalı deputat Hordi Şukla bəyan edib.

"Rusiyanın tədricən AŞPA ilə əlaqələri səngiyir. Artıq iki ildir ki, Rusiya üzrə məruzəçilər lazımi səviyyədə fəaliyyət göstərə bilmirlər", - deyə H.Şukla bildirib.

Onun sözlərinə görə, hazırda AŞPA Rusiyanın Assambleyaya qayıtmasını nəzərdən keçirmir: "Payızda Rusiyada parlament seçkiləri keçiriləcək və AŞPA-nın oktyabr sessiyasınadək Moskva çətin ki, heyətini müəyyənləşdirə biləcək. Quruma yeni prezidentin seçilməsi də bu prosesi sürətləndirməyə imkan vermir".

AŞPA-nın 2014-c il aprel sessiyasında Rusiya Krımı ilhaq etməsi ilə əlaqədar səsvermə hüququndan məhrum olunub və  Assambleyanın bütün rəhbər orqanlarından  xaric edilib.

Buna etiraz olaraq Rusiya nümayəndə heyəti AŞPA-nın son üç sessiyasında iştirak etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00