İsveç qarışır: 15 yaşlı miqrant qızı öldürdü - FOTO
26 Yanvar 2016 10:33 Dünyaİsveçdə 15 yaşlı miqrant qaçqınlara və miqrantlara yardım mərkəzinin əməkdaşını, 22 yaşlı qızı bıçaqlayaraq öldürüb.Milli.Az Yahoo News-a istinadən bildirir ki, 22 yaşlı Aleksandra Mezher çox ağır bıçaq yaraları ilə "Sahlgrenska" hospitalına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.A.Mezher İsveçin qərbindəki Melndal şəhərində yerləşən və 14-17 yaşlı miqrantlar üçün nəzərdə tutulmuş mərkəzdə çalışırdı.Aleksandranı bıçaqlayan 15 yaşlı suriyalı miqrant həbs olunub.Şəhər polis idarəsinin zabiti Tomas Faksborqun dediyinə görə, son vaxtlar miqrantların yerli sakinlərə hücumları ilə bağlı çoxsaylı şikayətlər alırlar: "Afrikanın şimalından və Yaxın Şərqdən miqrant axını başlayandan sonra şəhərdə kriminogen durum pisləşib".10 milyon əhalisi olan İsveçə ötən il 160 min miqrant yollanıb.Yanvarın 17-də isə Suriyadan olan miqrant Melndal şəhərində küçədə qızlara sataşanda ona yerli sakin olan yeniyetmə iradını bildirmişdi.Miqrant yeniyetməni bıçaqlayaraq qətlə yetirmişdi.İsveçdə miqrant axını çox güclü olduğundan ölkənin hakimiyyət dairələri asayişin qorunması üçün hərbi mükəlləfiyyəti bərpa etmək niyyətindədir.A.Mezherin qətli İsveçdə miqrantlara qarşı çıxan qüvvələrin aktivliyini artırıb. Dünən axşam saatlarında ölkənin müxtəlif yerlərində miqrantlara qarşı yürüşlər və mitinqlər başlanıb. Aksiya iştirakçıları hakimiyyət dairələrindən immiqrasiya siyasətinin sərtləşdirilməsini, ölkəyə gəlmiş miqrantların tam əksəriyyətinin çıxarılmasını tələb edirlər.