Putin Türkiyəyə qarşı sanksiyaların gemişləndiriləcəyindən danışdı

Rusiya Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirəcək.

Virtualaz.org saytı "Russia Today" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Ümumrusiya Xalq Cəbhəsi"nin regionlararası forumunda çıxış edərkən deyib.

"Biz tikinti-inşaat sahəsində Türkiyəyə qarşı məhdudiyyətləri genişləndirəcəyik. Hazırda ölkəmizdə ümumilikdə 50 milyard dollarlıq müqavilələrlə 300 Türkiyə tikinti şirkəti fəaliyyət göstərir", - deyə V.Putin bildirib.

Onun sözlərinə görə, sanksiyaların genişləndirilməsi sayəsində Rusiyada yeni 87 min iş yeri açıla bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00