Slovakiyada 300-dən çox məktəb bağlandı: müəllimlər tətil elan edib

Slovakiyada müəllimlər aylıq maaşlarının 90 avro artırılması tələbinə hökumətin rədd cavabı verməsindən sonra tətil elan ediblər. Bu səbəbdən ölkədə 300-dən çox məktəbin bağlandığı bildirilir.

Virtualaz.org saytı Avropa kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, slovakiyalı müəllimlər maaşlarının artırılmasından əlavə, təhsil sistemində islahatların aparılması üçün 400 milyon avro vəsaitin ayrılmasını tələb edirlər.

Tətil edən müəllimlər ölkənin paytaxtı Bratislavanın mərkəzi meydanına tolpaşıblar.

Slovakiyanın müstəqillik əldə etməsindən cəmi 26 il ötsə də, bu dövr ərzində ölkədə 19 təhsil naziri dəyişib.

Açıq mənbələrdən əldə etdiyimiz məlumata görə, Slovakiyada müəllimlərin orta aylıq əməkhaqqı təxminən 600 avroya bərabərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00